Dünyanın 10 ən balaca dövlətləri, siz onlar barəsində eşitməmisiniz (10 foto)



Həyatımızda adlarını, ən azı  bir dəfə olsun eşitdiyimiz, dünyada olan 200-dən çox ölkə var. Lakin, bizim planetdə, onlardan əlavə, mövcudluğundan heç xəbərimiz olmadığı, çırtdan dövlətlər var. Çünki onrarın ərazisi çox balaca sahədə yerləşir  və yaxud bir neçə tikilidən ibarətdir

 

 

Palau

Palau ölkəsi, müxtəlif ölçülü 300-dən çox adadan ibarətdir. Palau - yer üzündə ən gözəl güşələrindən biri hesab olunur. Onun ətraf sularında, nəsli kəsilmək təhlükəsi olan, 130 növ köpək balığı aşkar olunub. Palau tropik meşələri unikal bitki və quş növləri ilə doludur

 


Niue
Niue - Okeaniyada ada dövlətidir. Ölkədə turizm inkişaf etməyib və heç bir sənaye müəssisəsi yoxdur və o, yalnız  Yeni Zelandiya subsidiyaların hesabına yaşayır. Paytaxtı balaca bir kəndə bənzəyir, və cəmi 600 nəfər sakini var. Dövlətdə hətta real supermarketdə var, düzdür cəmi bir dənə

 



St.Kitts və Nevis
  St. Kitts və Nevis - dövləti iki adada yerləşir. Ada dövlətin əsas gəlir mənbələrindən biri - 250 min dollara vətəndaşlığı satmaqdır

 



Hutt River Knyazlığı
 Hutt River Knyazlığı - Avstraliyanın eyni adlı əyalətində yerləşən virtual dövlət.  Onun ərazisi, Kesli ailəsinə məxsus əkinçilik  ərazisi ilə üst-üstə düşür, çünki bu virtual dövlətin yaradıcısı Leonard Keslidir: yeri gəlmişkən, səyyahlar Knyazlığının müxtəlif yerlərində, dövlət qurucusunun büstlarını  görə bilərlər

 

Tuvalu
Tuvalu - dünyanın ən kiçik və ən kasıb ölkələrindən biridir. Bu dövlətin iqtisadi vəziyyəti daha ağır ola bilərdi, əgər onun Tuvalu adına görə "tv" domeni çatmasaydı. Bu domenin hesabına, o ildə milyonlarla dollar qazanmaq imkanı əldə edir

 

Nauru
Nauru - cırtdan müstəqil respublika və dünyada ən balaca ada dövlətdır. Nauru rəsmi paytaxtı  və ictimai nəqliyyatı yoxdur. Adanın  ekoloji şəraiti açınacağlı vəziyyətdə olduğundan, turizm inkişaf etməyib. Bu ölkədə piylənmədən əziyyət çəkən insanların, başqa dövlətlərlə müqaisədə, ən yüksək faizdadır

 


Seborga Knyazlığı
İtaliya xəritəsində daha bir cırtdan dövlət, lakin bu dəfə virtual - Fransa ilə sərhəddə yerləşən eyni adlı kənd.  Seborga hökmdarın adı "Onun Nəhəngliyi" kimi səslənir və tanınmamış dövlətin ordusu cəmi 3 nəfərdən ibarətdir: müdafiə naziri və iki sərhədçi

 


Molossia Respublikası
ABŞ-ın Nevada ştatının ərazisində yerləşən və Kevin Bo, adlı şəxs, onun ailəsi, 3 it, 1 pişik və 1 dovşandan əhalisi olan Molossia Respublikası var.  Molossianın öz himni, gerbi və bayrağı var, burada ən ağır cinayətlər, ölüm ilə cəzalandırılır. 2017-ci ilin may ayında, dövlətin 40 ili tamam oldu. Tanınmamış dövlətin, rəsmi pasportları və kosmik proqramı var

 


Malta Ordeni
Vatikandan əlavə, Romanın ərazisində, daha bir cırtdan dövləti var - Malta ordeni. Bu dövlət 3 binada yerləşir - onlardan ikisi Romadadır, 3-cü isə Malta adasında yerləşir. Dövlətin öz valyutası, poçt markası, rəsmi pasportu, avtomobil dövlət nömrə nişanları mövcütdur. Malta Ordeni dünyada yeganə dövlətdir ki, onun rəsmi dili latın dilidir

 


Sealand
Sealand dövləti - Birləşmiş Krallıq sahilindən 10 km dənizdə duran, dəniz platformasında yerləşən, tanınmamış dövlətdir. Sealand Prince Regent tərəfindən idarə olunur, və hər bir  kəs, həmin dövlətin qrafı, baronu və yaxud qersoqu ola bilər - bunun üçün həmin dövlətin saytında, bir neçə yüz funt sterling keçirməklə, zadəkan titulunu əldə etmək olar

 

Baxış: 190



Top