Vugarixx - Təhminə və Zaur



Bir neçə gün öncə "True Fantasy" adlı albomunu satışa çıxaran azərbaycanlı DJ Vugarixx yaradıcılığındakı növbəti yeniliyi təqdim edib.

DJ albomunda yer alan 4-cü musiqisini dinləyicilərin ixtiyarına verib. "Təhminə və Zaur" filmindəki dialoq və səslərin əsasında hazırlanan mahnıda, həmçinin Rafiq Babayevin "Prelude" əsəri də fon musiqisi kimi istifadə olunub. Mahnıya filmdəki görüntülər əsasında Bəhruz Qurbanlı tərəfindən xüsusi video hazırlanıb. Cover işlərini isə Royal Paşayev (az-ya) öz üzərinə götürüb.

Yeni işindən danışan Vugarixx bildirib ki, mahnı onun bu janrda olan son işidir. Artıq bu janra qayıtmayacaq. Hazırda ilk klipi üzərində işlərə start verdiyini söyləyib.

Baxış: 1744



Top